Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 22:44
ABŞ administrasiyası Konqreslə Ukraynaya hərbi yardımın artırılması üzərində işləyir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.
"Biz Konqreslə, tərəfdaş və müttəfiqlərimizlə birgə Ukraynanın özünü müdafiə etməsinə yardım üçün köməyi hiss ediləcək qədər artırmaq üzərində işləyirik", deyə Blinken qeyd edib.
Dövlət katibi xatırladıb ki, ABŞ ötən il Ukraynaya 650 milyon dollarlıq yardım ayırıb.