Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlərdən xəbərdarlıq: Dezodorantlardan düzgün istifadə etmirsiniz!

Həkimlərdən xəbərdarlıq: Dezodorantlardan düzgün istifadə etmirsiniz!

Tarix: 8 Fevral 2022 09:00

Fransa kosmetoloqları yüzlərlə insana nəzarət etdikdən sonra belə nəticəyə gəliblər ki, insanların əksəriyyəti dezodorant və antipersirantlardan düzgün istifadə etmirlər.

Mütəxəssislər əsas səhvləri sadalayıb:

1. Həddindən artıq tərləmədən əziyyət çəkmirsinizsə, antiperspirantdan deyil, yaxşı dezodorantdan istifadə edin. Antiperspirant tərin ifrazını bloklayır ki, bu da orqanizm üçün faydalı sayıla bilməz. Bu səbəbdən antiperspirantlardan yalnız istisna hallarda istifadə etmək olar.

2. Saglamolun.az bildirir ki, dezodorant və ya antipersipant yalnız quru dəridə istifadə olunur. Bu səbəbdən duşdan çıxadıqdan dərhal sonra bu vasitələrdən istifadə etməyin, gözləyin ki, dəri tam qurusun.

3. Antiperspirantlardan səhər deyil, axşam yatmazdan əvvəl istifadə edin. Antipersipant tər vəzilərindən tərin ifrazının qarşısını alır, lakin bu effekti almaq üçün müəyyən vaxt lazımdır. Bu səbəbdən bu vasitə dəriyə qabaqcadan çəkilməlidir.

4. Bəzi antipersipantların təsiri 48 saat davam edir. Mütəxəssislər bu vasitələrdən daha tez-tez istifadə etməyi tövsiyə etmirlər.

5. Antiperspirant dəridə qıcıqlama, qurulu və səpkilərə səbəb ola bilər. Həmçinin antipersirantlardan sui-istifadə tər vəzilərində iltihaba, şişkinliyə, irinləməyə səbəb ola bilər. Odur ki, bu vasitəni evə qayıtdıqdan dərhal sonra dəridən yumaq və nəmləndirici vasitə çəkmək lazımdır. 


Etiketlər:  Həkimlərdən xəbərdarlıq Dezodorantlardan düzgün istifadə etmirsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ