Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 02:28
Bakı. Trend:
Əfqanıstanın Kunar əyalətində radikal hərəkatların azı 150 üzvü hərbçilərə təslim olub.
Trend-in "Khaama Press"agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə əyalətin qubenatorunun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, təslim olanlardan 110 nəfəri "Taliban" radikal hərəkatının, 40 nəfəri isə İŞİD terror qruplaşmasının üzvü olub.
Bildirilir ki, terrorçular zorakılıqdan imtina edərək hökumətə təslim olublar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin