Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 14:44
Rusiyalı bloqer Mixail Litvin 10 milyon rubl (224 min manat) dəyərindəki BMW М5 avtomobilini partladıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, M.Litvin müvafiq videonu sosial şəbəkə hesabında paylaşıb.
Video tezliklə virtual məkanda məşhurlaşıb, milyonlarla insan tərəfindən izlənilib.
Əvvəlcə bloqer avtomobilin üzərinə benzin töküb, daha sonra isə avtomobil istiqamətində yanan ox atıb. Nəticədə avtomobil məhv olub.
M.Litvin bu addımının səbəbini açıqlamayıb.