Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Natavandan Oqtay Əliyevə ağır sözlər

Natavandan Oqtay Əliyevə ağır sözlər

Tarix: 9 Fevral 2022 15:40

Müğənni Natavan Həbibi efirdən qonorar istədiyi üçün onu və həmkarlarını tənqid edən "SOY" prodakşının rəhbəri, prodüser Oqtay Əliyevə cavab verib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, instaqramda şərh yazaraq prodüser və ailəsini incəsənətə zərbə vurmaqda ittiham edib:

"Müğənnilərdən qazanan belə deməlidir də. Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbələrdən vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin".

Qeyd edək ki, O. Əliyev OLAY-a açıqlamasında efirlərdən pul istəyən N. Həbibi, Xatirə İslam və Elşad Xosenin qonorarla verilişlərə çağırılmadığını demişdi. 


Etiketlər:  Natavandan Oqtay Əliyevə ağır sözlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ