Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda qapalı məkanlarda qoruyucu maska ​​rejimi ləğv edilir

Nyu-Yorkda qapalı məkanlarda qoruyucu maska ​​rejimi ləğv edilir

Tarix: 10 Fevral 2022 08:26

ABŞ-ın Nyu-York ştatı fevralın 11-dən qapalı yerlərdə qoruyucu maska ​​taxmaq tələbini dayandırır.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ştat qubernatoru Keti Hokul tviter səhifəsində bildirib.

Bununla yanaşı, bələdiyyə orqanları, eləcə də özəl müəssisə rəhbərləri hələ də maskaların məcburi taxılmasını tələb edə bilər.

Həmçinin məktəblərdə maska ​​taxmaq məcburi olaraq qalır.

Son bir il ərzində yayda maska ​​taxmaq tələbi hətta federal səviyyədə də ləğv oliunsa da, Nyu-Yorkda əksər yaşayış komplekslərinin, ofis binalarının, mağazaların və müxtəlif qurumların administrasiyası onların məcburi taxılmasında israr edib.

Beş ştat - Nyu-Cersi, Delaver, Kaliforniya, Konnektikut və Oreqon bu həftə maska ​​rejimini yüngülləşdirəcəklərini bildiriblər.


Etiketlər:  Yorkda qapalı məkanlarda qoruyucu maska rejimi ləğv edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ