Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlahiyyat İnstitutunun bir qrup tələbəsi Şirvanşahlar Saray Kompleksini ziyarət edib

İlahiyyat İnstitutunun bir qrup tələbəsi Şirvanşahlar Saray Kompleksini ziyarət edib

Tarix: 30 Aprel 2019 10:36

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Şirvanşahlar Saray Kompleksini ziyarət edib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, tələblərə Azərbaycan memarlığının incilərindən olan Şirvanşahlar sarayı və burada aparılan arxeoloji qazıntılar, kompleksin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yeddiəsrlik mövcudluğu ərzində Şirvanşahlar dövləti orta əsrlər Azərbaycanın dövlətçilik tarixində özünəməxsus iz qoyub. Ayrı-ayrı hökmdarlar – I Fəribürz, III Mənuçöhr, I Şeyx İbrahim, I Xəlilullah kimi görkəmli dövlət başçıları haqqında məlumatlar verilib, onların hakimiyyət illərinin Şirvanşahların intibah dövrünə təsadüf etdiyi bildirilib.

Tələbələr tarixi abidə kompleksinə daxil olan Saray binası, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, Keyqubad məscidi, Murad darvazası, Saray məscidi, Şirvanşahlar türbəsi, Saray hamamı, ovdantikililərini ziyarət edərək, hər biri haqqında maraqlı tarixi faktlarla tanış olublar. Tələbələr, həmçinin Şirvanşahlar dövrünə aid nadir eksponatlar, qədim dövrlərə məxsus maraqlı maddi-mədəni irs nümunələrinə baxış keçiriblər.

Ekskursiya tələbələrin marağına səbəb olub.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, ölkəmizin tarixi-mədəni irsi ilə yaxından tanış olması istiqamətində silsilə tədbirlərini davam etdirir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İlahiyyat İnstitutunun qrup tələbəsi Şirvanşahlar Saray Kompleksini ziyarət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ