Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabadda 2000 il əvvələ aid qəbir abidəsi aşkarlanıb

Cəlilabadda 2000 il əvvələ aid qəbir abidəsi aşkarlanıb

Tarix: 10 Fevral 2022 21:52

Cəlilabad rayonunda 2 min il əvvələ aid qəbir abidəsi aşkar edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, abidə rayonun Uzuntəpə kəndi ərazisində ev tikintisi ilə bağlı qazıntı aparılarkən tapılıb.

Qəbir abidəsində mərhum oturaq vəziyyətdə basdırılıb, qolunda tunc bilərzik, ətrafında isə saxsı qablar qoyulub.

Tapıntı ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən tarixçi Ələsgər Mirzəzadə qeyd edib ki, qəbir ilkin ehtimalla 2 min il əvvələ aid edilir.

Abidə ilə bağlı AMEA-ya müraciət edilib.

Milli.Az


Etiketlər:  Cəlilabadda 2000 il əvvələ aid qəbir abidəsi aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ