Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktyor restoranda müştərilərə bıçaqla hücum edib - FOTO

Aktyor restoranda müştərilərə bıçaqla hücum edib - FOTO

Tarix: 11 Fevral 2022 02:32

Türkiyəli aktyor Bahadır Ünlü həyat yoldaşına məxsus restorana gələn müştərilərə bıçaqla hücum edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun bu hərəkəti etməsinə səbəb müştərinin xanımı ilə mübahisə yaşaması olub. Bundan sonra Bahadır əlinə bıçaq alaraq sapı ilə həmin şəxsin başına dəfələrlə vurub.

Hadisənin ardından şəxs şikayətçi olmayıb.

Lakin Bahadır yanvarın 20-də baş verən mübahisənin görüntülərini sosial media hesabında paylaşdıqdan sonra rəsmi qurumlar araşdırma başladıb. Polis bölməsinə aparılan aktyor dindirilmədən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, bu, Bahadır tərəfindən törədilən ilk belə hal deyil. O, ötən ilin mayında da yeməyi bəyənmədiyi üçün restorandan çıxan müştərini instaqram hesabında paylaşaraq "Bura mənim xanımımdır. Bura mənim namusumdur. Sənin başına elə oyun açaram ki..." deyə, onu təhdid edib.

Bahadır "Kurtlar vadisi," "20 dakika, "Muhteşem yüz yıl" kimi ekran işlərində rol alıb.

Milli.Az


Etiketlər:  Aktyor restoranda müştərilərə bıçaqla hücum edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ