Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruslan İmamquliyevə vəzifə verildi - Polkovnik bundan sonra Azərbaycanda...

Ruslan İmamquliyevə vəzifə verildi - Polkovnik bundan sonra Azərbaycanda...

Tarix: 11 Fevral 2022 10:02

"M5" Müdafiə və Strategiya jurnalı beynəlxalq mediada böyüməyə və heyətini gücləndirməyə davam edir. Türkiyənin sürətlə inkişaf edən müdafiə sənayesi, dünya müdafiə sənayesindəki inkişafları və xarici siyasətlərin nəbzini tutan "M5" jurnalı heyətini gücləndirməyə davam edir.

Milli.Az xəbər verir ki, türk, ingilis və ərəb dillərində yayımlanaraq dünyanın hər yerinə çatan "M5", Azərbaycanda Orta Asiya və Qafqaz nümayəndəliyini Bakıda açdı.

Azərbaycanın aparıcı hərbi analitiklərindən biri olan Ruslan İmamquliyev "M5" jurnalının Bakıda yerləşən Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəsi kimi fəaliyyətə başlayıb.

Polkovnik bu təyinatla bağlı deyib:

"Sizlərlə bir yeniliyi paylaşmaq istərdim. "M5" Müdafiə və Strategiya jurnalı Bakıda Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəliyini təsis edib və bu gündən etibarən bəhs olunan regionlar üzrə tək rəsmi nümayəndəyəm.
"M5" jurnalı, müdafiə və strategiya sahələrində 1974-cü ildən başlayaraq Türkiyənin tək və ən köklü nəşriyyat orqanıdır. Milli müdafiə həmlələrinə dəstək verən və davamında hərbi sahədə inkişafın qlobal miqyasda işıqlandırılması mövzusunda da önəmli icraatlara imza atan "M5", xarici strateji qurumlarla və mətbuat orqanlarıyla müxtəlif sahələrdə əməkdaşlıq etməkdədir. "M5" hərbi texnologiyalarla yanaşı xarici siyasət, ölkə analizləri, cari gedişatlar, qısa, orta və uzun dönəmlər üzrə strateji və təhlükəsizlik perspektivlərini təqdim edən bir beyin mərkəzi qurumu olmaq hədəfi ilə fəaliyyət göstərməkdədir".

Milli.Az


Etiketlər:  Ruslan İmamquliyevə vəzifə verildi Polkovnik bundan sonra Azərbaycanda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ