Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran vətəndaşı yolu azaraq Azərbaycan tərəfə keçib - FOTO

İran vətəndaşı yolu azaraq Azərbaycan tərəfə keçib - FOTO

Tarix: 11 Fevral 2022 12:20

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-dən Sonxeber.net-a verilən məlumata görə, fevral ayının 10-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmiş və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyən edilib.

Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılmış, qısa müddət ərzində qeyd olunan şəxsin İİR tərəfinə təhvil verilməsi nəzərdə tutulub.


Etiketlər:  İran vətəndaşı yolu azaraq Azərbaycan tərəfə keçib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ