Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?

Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?

Tarix: 12 Fevral 2022 08:03

Bir çox insanların fikrinə görə, böyrəklərdə problem olanlar mümkün qədər çox su içməli və qarpız yeməlidir. Bu çox səhv fikirdir.

Bəli, böyrəklər üçün həm su, həm də qarpız çox faydalıdır. Lakin söhbət sağlam böyrəklərdən gedirsə. Böyrək problemləri zamanı isə əksinə həkim içilən suyun miqdarını azalda, qarpızı isə istehlakdan çıxartmağı tövsiyə edə bilər.

Rusiyalı həkim-uroloq Nikolay Şevçenko Komsomolskaya Pravda-ya müsahibədə qarpızın böyrəklərə faydaları və ziyanları haqqında danışıb.

Saglamolun.az həkimin bəzi tövsiyələrini təqdim edir.

Həkimin sözlərinə görə, qarpız sidiyi qələviləşdirir ki, bu da bəzi böyrək xəstələri zamanı əlavə problemlər yarada bilər. Uroloq böyrək xəstələrinə böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq üçün qarpız deyil, daha çox qarağat, üzüm, cəfəri və xüsusilə cəfəri şirəsi, quşüzümü tövsiyə edir.

Bir çox böyrək xəstəlikləri zamanı suyun miqdarı da azaldılır ki, böyrəklərə düşən gərginlik azalsın.


Etiketlər:  Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı


RƏYLƏR