Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 08:38
Kanadanın Xarici İşlər Nazirliyi vətəndaşlarını təcili surətdə Ukraynanı tərk etməyə çağırıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Melani Joli bəyanat yayıb.
Sənəddə finlandiyalılardan mövcud təyyarə reyslərindən istifadə edərək Ukraynanı dərhal tərk etmək tələb olunur.
"Biz tərəfdaşlarımızla əməkdaşlığı davam etdirir və vəziyyəti yaxından izləyirik. Bununla belə, mən bütün kanadalıları ölkəni indi tərk etmək üçün bütün mümkün tədbirləri görməyə çağırıram", deyə diplomat bildirib.
Nazir vurğulayıb ki, Kanada səfirliyinin əməkdaşları bütün zəruri konsul xidmətini göstərməyə davam edirlər.