Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 11:06
Toy mərasimində iştirak edən koronavirus xəstəsi müəyyən olunub.
Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan xəbər verilib.
Bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan Rəvan Musazadənin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi və "Sakit palace" şadlıq sarayında keçirilən toy mərasimində iştirak etməsi aşkar edilib.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslə profilaktiki söhbət aparılaraq yaşadığı evə göndərilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir