Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nə hücum? ABŞ Ukrayna xalqını ələ salır, bu ölkəni dağıtmayınca…” – Kremldən qəzəbli açıqlama

“Nə hücum? ABŞ Ukrayna xalqını ələ salır, bu ölkəni dağıtmayınca…” – Kremldən qəzəbli açıqlama

Tarix: 12 Fevral 2022 22:36

"ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.

"ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir", - deyə Zaxarova bildirib.

O vurğulayıb ki, Bloomberg, Der Spiegel istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur.
"Amma görünür, Maydanların ideoloji ilhamvericiləri Ukraynanı tam dağılmayana qədər sakitləşməyəcəklər" deyə Zaxarova əlavə edib.


Etiketlər:  hücum ABŞ Ukrayna xalqını ələ salır ölkəni dağıtmayınca Kremldən qəzəbli açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ