Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan qoz ləpəsi, Ukraynadan ət alan, Çinə toyuq budu satan Əfsunun əməlləri- 3 milyonluq dələduzluq işi

İrandan qoz ləpəsi, Ukraynadan ət alan, Çinə toyuq budu satan Əfsunun əməlləri- 3 milyonluq dələduzluq işi

Tarix: 12 Fevral 2022 23:40

Bakıda xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsin əməllərinin təfərrüatı məlum olub. O, bir neçə nəfərdən iş qurmaq adı ilə pul alıb. Bu azmış kimi, bəzi şəxslərə də övladının xəstə olduğunu deyərək pul alıb və geri qaytarmayıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, 12 il müddətinə azadlıqdan məhrum edilən Əfsun Əhmədli ətrafındakı şəxslərə özünü iş adamı kimi təqdim edib.

Özünü müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edən Əfsun Əhmədli İrandan Azərbaycana şam ağacı, qoz, Ukraynadan ət məhsulları, Çindən oyuncaq gətirib satmaq, qazanc əldə etmək adı ilə pul alıb.

Ümumilikdə 3 milyon manatdan çox dələduzluqda ittiham edilən Əfsun Əhmədli övladının xəstə olduğunu deyərək tanışlarından da pul alıb və onları da adadıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Əfsun Əhmədli bir tanışından qazanc əldə etmək üçün Çindən yeni il ərəfəsində uşaq oyuncaqlarını gətirib satmaq adı ilə 70652 manat, İrandan şam ağacının idxal adı ilə 39100 manat, İrandan qoz ləpəsi gətirmək adı ilə 71400 manat, Ukraynadan Azərbaycana ət məhsulları idxal etmək yalanı ilə 272000 manat, Azərbaycanda əhalidən ət və toyuq məhsulları alıb satışını təşkil etmək adı ilə 510000 manat, xaricdən avtomobil şinləri idxal etmək adı ilə 90100 manat, mobil telefon cihazları idxalı üçün 471640 manat, siqaret alışı və satışı üçün isə 153000 manat pul alıb.

Əfsun bu qədər pulu aldığı şəxsin restoranını işlədib. Maraqlıdır ki, həmin şəxs yanında işləyən bu şəxsə o qədər güvənib ki, milyonlarla manatı ona verib. Amma Əfsun bununla razılaşmır.

İttihamda göstərilir ki, Əfsun başqa bir tanışından da xaricdən mobil telefon gətirdiyini, bunun üçün pul lazım olduğunu deyərək 100000 dollar alıb. Digər bir tanışından Bakıdan Çinə toyuq budu ixrac etmək adı ilə 51000 manat alıb.

İstintaq müəyyən edib ki, Əfsun uşağının əməliyyatı üçün də tanışlarından 39500 manat məbləğində pul alıb.

Onun həmçinin sevgi münasibətində olduğu qadının da 13500 manatını ələ keçirdiyi müəyyən edilib.

Əfsun isə zərərçəkmişlərin dedikləri rəqəmləri qəbul etmir. Onalardan pulu faizə aldığını, lakin biznesi baş tutmadığı üçün müəyyən qədər ziyan etdiyini deyib. Əfsun zərərin az bir qismini qəbul edir, amma ödəmək imkanının olmadığını bildirir.


Etiketlər:  İrandan ləpəsi Ukraynadan alan Çinə toyuq budu satan Əfsunun əməlləri milyonluq dələduzluq işi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ