Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Final qərarı verilən qalmaqallı şounun qalibi bəlli oldu - FOTO

Final qərarı verilən qalmaqallı şounun qalibi bəlli oldu - FOTO

Tarix: 13 Fevral 2022 10:04

Xəbər verdiyimiz kimi, Türkiyənin "Fox" telekanalında yayımlanan "Maske kimsin sen" adlı musiqi yarışması 9-cu bölümdə final edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu səbəbdən proqramın son altı yarışmacısı eyni anda maskalarını çıxarıb. Maskalarını çıxaran türkiyəli sənətçilər isə Burcu Özberk, Asli Bekiroğlu, Kubilay Aka, Berna Laçin, Emre Altuğ və Özge Borak olub. Yarışın qalibi isə səs çoxluğu ilə Özge seçilib.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası olan sənəd dərc edilib. Prezident müvafiq qurumlara bu tip proqramlarla bağlı konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırıb.

Qeyd olunub ki, "milli-mənəvi dəyərlərin sarsılmaması, ailə, uşaq və gənclərin qorunması üçün" bu cür addımlar atılmalıdır.

Bundan əvvəl isə Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK də bəzi sosial media istifadəçilərinin layihə haqqında işlətdikləri bütpərəstlik və şeytanın təbliğ edilməsi iddialarını araşdırmağa başlamışdı.

Həmçinin, müsabiqənin münsiflərindən olan aktyor Alican Yücesoy verilişin 50 faiz reytinq qurbanı olduğunu, 50 faiz isə proqramın siyasi dairələrdə müzakirəyə səbəb olması səbəbindən final etdiyini bildirmişdi.

Qeyd edək ki, proqramın münsif kürsüsündə Melis Sezen, Alican Yücesoy, Doğu Demirkol və Eda Ece əyləşirdi. Verilişin aparıcılığı isə Tansel Öngelə həvalə olunmuşdu.


Etiketlər:  Final qərarı verilən qalmaqallı şounun qalibi bəlli oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ