Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2022 18:02
Son zamanlar adı eşq dedi-qodularına qarışan Aleyna Tilki 14 fevral - Sevgililər Günü ilə bağlı sualları cavablandırıb.
Sonxeber.net publika.az-a istinadla xəbər verir ki, Tilki həyatında kiminsə olmadığını bildirib.
"Amma həmişə aşiq oluram. Həqiqətən eşq qadınıyam. Təbiətə aşiqəm. Məni yaradana aşiqəm. Mahnılarımla eşq yaşayıram. Məsləkdaşlarımla eşq yaşayıram. Xüsusən də təbiəti və heyvanları çox sevirəm. Amma millətin sevgi haqqında düşündüyü kimi bir münasibətim yoxdur hazırda. Əgər sənəti ilham mənbəyim olan bir insanla rastlaşsam və ya mənim də buna vaxtım olsa, ona aşiq olaram" - müğənni qeyd edib.