Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 2 bacını bıçaqlayan şəxsin işi prokurorluğa göndərildi

Bakıda 2 bacını bıçaqlayan şəxsin işi prokurorluğa göndərildi

Tarix: 5 Sentyabr 2019 14:42

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı 2 maddə üzrə cinayət işi başlanıb.

Trend-in məlumatına görə, sentyabrın 4-də fakta əsasən, Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlansa da, sonradan həmin maddə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci iki nəfəri qəsdən öldürməyə cəhd) maddələrinə tövsif edilib. Cinayət işi istintaq edilməsi üçün Binəqədi Rayon Prokurorluğuna göndərilib.

Xatırladaq ki, sentyabrın 3-də Binəqədi rayonunda, Binəqədi şosesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına on dörd, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. R.Mahmudova xəstəxanada dünyasını dəyişib.

Hazırda hadisəni törədən şəxsin yerinin müəyyən edilərək tutulması barədə əməliyyat-axtarış tədbirləri görülür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda bacını bıçaqlayan şəxsin işi prokurorluğa göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ