Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Ermənistanın təxribatçı bəyanatları Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirir

Səfir: Ermənistanın təxribatçı bəyanatları Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirir

Tarix: 5 Sentyabr 2019 14:48

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq məsuliyyətsiz mövqe tutmaqda davam edir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Belçikadakı səfiri, Aİ-dəki daimi nümayəndə Fuad İsgəndərov deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında erməni tərəfindən hər hansı bir müsbət addımı müşahidə olunmur:

“Erməni məmurların son təxribatçı bəyanatları vəziyyəti daha da mürəkkəbləşdirir. Bu, həm də onu sübut edir ki, Ermənistanın hazırkı hökuməti məsuliyyətsiz mövqe tutmaqda davam edir. Amma biz siyasi həll yolu tapmaq ümidlərimizi itirmirik”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səfir Ermənistanın təxribatçı bəyanatları Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti daha mürəkkəbləşdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ