Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AKVAREL TƏƏSSÜRATLARI” adlı akvarel əsərlərindən ibarət satış sərgisi keçiriləcək

“AKVAREL TƏƏSSÜRATLARI” adlı akvarel əsərlərindən ibarət satış sərgisi keçiriləcək

Tarix: 14 Fevral 2022 13:06

"AKVAREL TƏƏSSÜRATLARI" adlı akvarel əsərlərindən ibarət satış sərgisi keçiriləcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası,  Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ("IWS Azerbaijan") və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalareyasının təşkilatçılığı ilə ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunmuş "AKVAREL TƏƏSSÜRATLARI" adlı akvarel əsərlərindən ibarət satış sərgisi 2022-ci ilin 1 mart tarixində saat 18:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Sərgidə 60 yaxın suluboyaçı rəssam 80-ə qədər əsəri ilə təmsil olunur.

Əsəri sərgilənən rəssamlara hədiyyələr və sertifikatlar təqdim ediləcək və sərginin elektron kataloqu təqdim olunacaq.


Etiketlər:  AKVAREL TƏƏSSÜRATLARI adlı akvarel əsərlərindən ibarət satış sərgisi keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ