Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 18:56
ABŞ-ın Oreqon ştatının sakini onu aqressiv keçmiş ərindən qorumaq üçün tutduğu cangüdənlə evlənib.
Sonxeber.net xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 35 yaşlı Eliza Stevens bu yaxınlarda təcavüzkar ərindən qaçıb. Dostları da qadına mühafizəçi tutmağı məsləhət görüb. Stevens məsləhəti qəbul edir və vaxtilə məktəbə getdiyi 35 yaşlı dostu Derek Stivensi cangüdən kimi işə götürür. Kişi də onun yanına köçür. Tezliklə qadın cangüdəni sevməyə başladığını anlamağa başlayıb və bunu ona etiraf edib. Cütlük evlənib və iki övladları var. Stivens daha sonra bunun ilk baxışdan sevgi olduğunu söyləyib. "Onu görən kimi evlənəcəyimi bildirdim" deyib.
Anar Əli