Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yaşıl Enerji Zonası” ilə bağlı konseptual sənəd hazırlanıb

“Yaşıl Enerji Zonası” ilə bağlı konseptual sənəd hazırlanıb

Tarix: 15 Fevral 2022 20:12

İşğaldan azad edilmiş ərazilərdə "Yaşıl Enerji Zonası" yaradılması ilə bağlı Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə hazırlanmış konsepsiya sənədi Azərbaycan hökumətinə təqdim olunub

Energetika Nazirliyindən verilən məlumata görə, konsepsiya çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf ssenarilərindən asılı olaraq enerji təchizatı variantları dəyərləndirilib.

Bundan başqa, ərazinin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif "yaşıl" texnologiyalar üzrə təhlillər aparılıb.

"Konsepsiya çərçivəsində müəyyən edilərək təklif edilmiş ssenari üzrə daha təfsilatlı 17 təhlil və təklifləri özündə əks etdirəcək Baş Plan sənədinin 2022-ci ilin birinci yarısında hazırlanması nəzərdə tutulur",- məlumatda deyilir.

Qeyd olunur ki, azad edlmiş ərazilərdə günəş enerjisi potensialı 7200 meqavatt, külək enerjisi potensialı 2000 meqavatt olaraq müəyyən edilib.

"Kiçik su elektrik stansiyaların tədqiqi üçün Qubadlı, Laçın, Kəlbəcər rayonlarına təşkil edilmiş çoxsaylı ekspedisiyalarda işğaldan azad edilmiş (o cümlədən sülhməramlıların yerləşdirildiyi ərazilər də daxil olmaqla) ərazilərdə 156 meqavattı (41 ədəd) kiçik su elektrik stansiyalar ıolmaqla ümumilikdə gücü 241,3 meqavatt olan 45 stansiya müəyyən olunub. Məlum olub ki, 34 stansiyanı işğalçılar əraziləri tərk edərkən yararsız hala salıb", - məlumatda deyilir.

Milli.Az


Etiketlər:  Yaşıl Enerji Zonası ilə bağlı konseptual sənəd hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ