Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İnter” bu mövsüm İtaliyanın ən yaxşı komandasıdır" - Klopp

“İnter” bu mövsüm İtaliyanın ən yaxşı komandasıdır

Tarix: 15 Fevral 2022 21:16

"Biz bilirik ki, "İnter" çox kompakt müdafiə olunacaq. Onların dünya səviyyəli oyunçuları və güclü məşqçisi var. Məncə, "İnter" bu mövsüm İtaliyanın ən yaxşı komandasıdır. Onlar çox yaradıcıdırlar, nə etdiklərini bilirlər və yaxşı oyun nümayiş etdirirlər".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "İnter"lə keçiriləcək oyun haqda danışarkən deyib.

Almaniyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında rəqibin nə qədər güclü olmasına baxmayaraq, qələbə üçün meydana çıxacaqlarını xatırladıb: "Biz Çempionlar Liqasındayıq, heç bir şübhə yoxdur ki, rəqibimiz top komandadır. Bizim şansımız var və qalib gəlməyə çalışmalıyıq".

Qeyd edək ki, "İnter" - "Liverpul" matçı fevralın 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  İnter bu mövsüm İtaliyanın ən yaxşı komandasıdır Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ