Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qış Paralimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq

Qış Paralimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq

Tarix: 15 Fevral 2022 23:18

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü Azərbaycan Paralimpiya tarixində ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

Komitədən verilən məlumata görə, Azərbaycan Milli Paralimpiya Komandasının üzvü Mehman Ramazanzadə Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. M.Ramazanzadə kross-kantri növünün "sprint" kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı 09 mart 2022-ci il tarixində baş tutacaq.

XIII Qış Paralimpiya Oyunları 04-13 mart 2022-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.


Etiketlər:  Qış Paralimpiya Oyunlarında dəfə Azərbaycan bayrağı dalğalanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ