Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2022 06:46
İndi əsas müzakirə mövzularından biri Bakı Nəqliyyat Agentliyininin yazdığı cərimələrin aqibətidir. Cəriməsi olan sürücülər hansı halda onu ödəməyə bilər? Qanuni qüvvəyə minən cərimələr ödənməlidirmi? Bu sualların cavabını xəbərimizdən biləcəksiniz.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi dayanma-durmaya görə yazılan cərimələrin aqibətini aktuallaşdırıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, agentliyin Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi cərimələrlə bağlı heç nəyi dəyişmir və onlar ödənməlidir. Onun sözlərinə görə, fərmanda paytaxtda dayanma-durma qaydalarının pozulmasına görə yazılan cərimələrlə bağlı heç bir müddəa yoxdur. Buna görə də, sürücülər qanuni qüvvəyə minmiş cərimələri ödəməlidirlər.
Ərşad Hüseynov agentlik tərəfindən xüsusilə nəzarət kameraları vasitəsilə sürücülərə yazılan cərimələrin aqibətindən də danışıb. O, bu cərimələrin qanunsuz olduğunu deyib.
Gələcəkdə agentliyin konkret fəaliyyətinin nələrdən ibarət olacağı isə yeni nizamnaməsi, strukturu və səlahiyyətləri müəyyən edildikdən sonra bəlli olacaq.