Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST növbəti pandemiyaya hazırlaşır?

ÜST növbəti pandemiyaya hazırlaşır?

Tarix: 16 Fevral 2022 21:22

"Omikron" planeti sürətlə gəzir, bu koronavirus ştamı çoxsaylı mutasiyaların nəticəsidir. Virus mutasiyaya davam edir və yeni növlər yarana bilər.

Sonxeber.net bildirir ki, Uhan Universitetinin bioloqlarının Cənubi Afrika Respublikasında Yaxın Şərq qızdırmasının törədicisi MERS-CoV-un yaxın qohumu olan NeoCov potensial təhlükəli yarasa koronavirusu aşkar etməsi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ciddi narahat edir. Odur ki, təşkilat bütün dünya üzrə elm adamlarının səylərini yeni, potensial təhlükəli infeksiya növlərinin tapılmasına yönəltməyi xahiş edir.

Çox güman ki, heyvanlardan insanlara keçəcək virus infeksiyası növbəti pandemiyaya səbəb ola bilər. Cənubi Afrikada yarasalarda tapılan NeoCov-un nə qədər təhlükəli olduğunu anlamaq üçün onu daha ətraflı araşdırmaq lazımdır. Oxşar viruslar əvvəlcə 2012-ci ildə, 2018-ci ildə isə Yaxın Şərq və Cənubi Koreyada dəhşətli epidemiyaya səbəb olub. Onda ölümcüllük 30 faizi keçib. Yəni, NeoCov koronavirusu insanın sinir sisteminə və beyninə təsir etdiyi üçün yoluxmuş hər üçüncü şəxs ölürdü. (publika.az)


Etiketlər:  ÜST növbəti pandemiyaya hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ