Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2022 21:36
Türkmənistanın Aqrar Partiyası prezident seçkilərində öz namizədini təsdiqləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar partiyanın növbədənkənar qurultayında qəbul edilib.
Qərara əsasən, Aqrar Partiyası tərəfindən Marı vilayəti rəhbərinin müavini Ağacan Bəymıradovun prezidentliyə namizədliyi irəli sürülüb.
Xatırladaq ki, 2022-ci il fevralın 14-də Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatına başlandığını elan edib. İlk olaraq namizədliyi Türkmənistan Demokratik Partiyası tərəfindən irəli sürülən Nazirlər Kabineti sədrinin müavini Serdar Berdiməhəmmədov qeydə alınıb.