Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Andjey Duda Prezident İlham Əliyevə zəng edib

Andjey Duda Prezident İlham Əliyevə zəng edib

Tarix: 16 Fevral 2022 22:33

Fevralın 16-da Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Polşa Prezidenti 2019-cu ildə Azərbaycana rəsmi səfərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu, ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini vurğuladı.

Telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı.

Polşa Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxundu və ATƏT çərçivəsində atılan addımların gərginliyin azaldılmasına xidmət edəcəyini vurğuladı.

Söhbət əsnasında Ukrayna ətrafında cərəyan edən hadisələrə dair fikir mübadiləsi də aparıldı.

Milli.Az


Etiketlər:  Andjey Duda Prezident İlham Əliyevə zəng edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ