Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada QALMAQAL: Azərbaycan diasporu üzr istədi, qubernator 4 gün vaxt verdi

Rusiyada QALMAQAL: Azərbaycan diasporu üzr istədi, qubernator 4 gün vaxt verdi

Tarix: 17 Fevral 2022 16:44

"Üzr istəyirik. Azərbaycanlıların mentalitetində qadınlara xüsusi münasibət var. Qadına hörmət etməyən azərbaycanlı, azərbaycanlı deyil. Bizi belə tərbiyə ediblər, bu, bizim mənəvi dəyərlərimizdi".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya KİV-ə Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun lideri Şahin Şıxlınski bildirib.

Yekaterinburq şəhər Sortirovka rayonunda bir qrup gənc yerli sakinləri, ana və onun qızını döyüblər. Nəticədə hər ikisi ağır xəsarət alıb. Onlara hücum edənlərdən biri isə azərbaycanlı tələbə olub.

Şıxlınski bildirib ki, artıq həmin azərbaycanlı tələbənin dayısıyla söhbət aparıb. Həm özü, həm də dayısı həmin ailədən üzr istəyiblər "Eləcə də biz diaspora olaraq zərər çəkən ana və qızına hər cür mənəvi və maddi dəstəyi verməyə hazırıq". 

Diaspora lider onu da qeyd edib ki, vilayətdə yaşayan bütün azərbaycanlı gənclərlə profilaktik iş aparılacaq. 

Bu arada vilayətin qubernatoru Yevgeni Kuyvaşev qadınlara hücum edənləri "bandit dəstəsi" adlandırıb. O, hökumət üzvlərinə tapşırıq verib ki, diaspora rəhbərləri ilə təcili görüşlər keçirsinlər.  "Biz belə hallara qarşı sərt olacağıq. Dörd gün vaxt verirəm. Tədbir görün və mənə məlumat verin"  deyə, o bildirib.

Milli.Az


Etiketlər:  Rusiyada QALMAQAL Azərbaycan diasporu üzr istədi qubernator 4 gün vaxt verdi


RƏYLƏR