Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metrodan istifadə edənlər üçün xoş xəbər - VİDEO

Metrodan istifadə edənlər üçün xoş xəbər - VİDEO

Tarix: 17 Fevral 2022 18:08

Bakı Metropoliteni daha 4 qatar alıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Bundan başqa stansiyalardakı istismar müddətini başa vuran havalandırma qurğuları da yenilənib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı metropoliteni daha 4 qatar alıb. 

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, artıq yeni qatarlar sifariş verilib.

Metropoliteninin Elektromexaniki xidmətinin rəisi Nüsrət İbrahimov isə deyib ki, metropolitendə mikroiqlim şəraiti müasir tələblərin səviyyəsinə qaldırılır. Artıq  istismar müddətini başa vuran havalandırma qurğuları yenilənib-deyə xidmət rəisi bildirib.  

2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator alınaraq Qırmızı xəttin "Qara Qarayev-Neftçilər", "Əhmədli-Həzi Aslanov" mənzillərində, həmçinin Yaşıl xəttin "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq deyə xidmət rəisi qeyd edib.

Milli.Az


Etiketlər:  Metrodan istifadə edənlər üçün xoş xəbər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ