Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirus daha 10 il bizimlədir''

''Koronavirus daha 10 il bizimlədir''

Tarix: 18 Fevral 2022 09:28

"Dünya daha 10 il koronavirusla yaşayacaq".

Sonxeber.net report-a istinadən xəbər verir ki, "BioNTech"in baş direktoru Uğur Şahin deyib.

Uğur Şahin "omikron" ştamının son variant olmayacağını bildirib.

Baş direktor məlumat toplama prosesinin yavaş getdiyi üçün yeni ştama qarşı peyvəndin aprel və ya may aylarında hazır olacağını qeyd edib.

"Virus əsaslı şəkildə mutasiyaya davam edir və dünyada müxtəlif variantlar hərəkətdədir", - "BioNTech" rəhbəri vurğulayıb.

Qeyd edək ki, "BioNTech" və tərəfdaşı "Pfizer" hazırda xüsusi olaraq "omikron" variantı üçün hazırlanmış peyvənd üzərində işləyir.


Etiketlər:  Koronavirus daha bizimlədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ