Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatih Terimə 4 oyunluq cəza

Fatih Terimə 4 oyunluq cəza

Tarix: 6 Sentyabr 2019 01:24

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi 4 oyunluq cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, onun ölkə çempionatının 3-cü turunda  “Kayserispor”la matçdan  sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün bu cəza tətbiq olunub.

Beləliklə, 66 yaşlı mütəxəssis Superliqada “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbaxça” və “Gənclərbirliyi” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək. Bundan başqa, F.Terim 19 min türk lirəsi məbləğində cərimələnib.
 
“Qalatasaray”ın məşqçisi Ümit Davala da rəqib komandanın azarkeşlərini təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb, 19 min 500 türk lirəsi məbləğində cərimələnib.

 


Etiketlər:  Fatih Terimə oyunluq cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ