Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təxirə salınmış Formula 1 biletlərinin aqibəti necə olacaq?

Təxirə salınmış Formula 1 biletlərinin aqibəti necə olacaq?

Tarix: 18 Fevral 2022 13:06

2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış Formula 1 Azərbaycan Qran Prisi zamanı alınmış biletlər hazırki 2022-ci il Azərbaycan Qran Prisi üçün keçərli olacaq.

Bakı Şəhər Halqasından verilən məlumata görə, builki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb.

"Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.

Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək", - məlumatda deyilir.


Etiketlər:  Təxirə salınmış Formula biletlərinin aqibəti necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ