Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 20:24
İran Prezidenti İbrahim Rəisi ilə Fransa Prezidenti Emmanuel Makron telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, telefon danışığında iki ölkə prezidenti Vyanadakı nüvə müzakirələrindəki son durumu müzakirə edib.
Makron deyib ki, müzakirələrdə yaxşı irəliləyiş əldə olunub: "Ümid edirik, müzakirələr tez bir zamanda nəticə verəcək".
Öz növbəsində Rəisi qeyd edib ki, Vyanada əldə olunacaq razılıq İran əleyhinə sanksiyaların ləğvi, etibarlı zəmanət və İrana qarşı siyasi iddialara son qoymağı özündə əks etdirməlidir.