Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2022 09:48
Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru, ehtiyatda olan ədliyyə generalı vəfat edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Hüseyn Muxtar oğlu Hüseynov uzun müddət davam edən xəstəlikdən sonra ötən gün rəhmətə gedib.
H. Hüseynov bu gün dəfn ediləcək.
Qeyd edək ki, H. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb.
O, 1991-ci ildə Naxçıvanın prokuroru olub. H.Hüseynov eyni zamanda Yasamal, Səbail rayonlarında prokuror kimi fəaliyyət göstərib. Respublikanın Baş Prokurorluğunda bir sıra vəzifələrdə çalışıb. 2002-ci ildən ehtiyata buraxılıb.