Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər

Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər

Tarix: 21 Fevral 2022 09:26

Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə həlli imkanları getdikcə azalır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

Fiala bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onun sözlərinə görə, danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün diplomatik səylər yalnız Qərb ölkələri tərəfindən edilir.

"Rusiya qoşunları elə bir hazırlıq vəziyyətindədir ki, Ukraynanın hər an işğalına başlaya bilər. Qərb dövlətlərinin Ukrayna ilə hipotetik hərbi münaqişə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdıqları sanksiyalar mümkün qədər sərt olmalıdır", - baş nazir əlavə edib.


Etiketlər:  Rusiya danışıqlar aparmır hər hücum edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ