Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 20:20
Xalq artisti Emin Ağalarov qazandığı ilk puldan danışıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sənəti bu barədə "İstoris - Otkroyte, David!" adlı yutub proqramına qonaq olarkən deyib.
"Mənim üçün pul ideyaları həyata keçirməyə kömək edən alətdir. Pul hər zaman çatmır, çünki çoxlu ideyalar var və onların gündəlik həyata keçirilməsi üçün böyük resurs tələb olunur", - E.Ağalarov qeyd edib.
Həyatın Amerika dövründən danışan E.Ağalarov bunları bildirib: "İlk iş yerim yanacaqdoldurma məntəqəsində olub, orada saatına 5 dollar nağd pul verirdilər. İlk pulumu müxtəlif saatlar, "matryoşka" kuklalar satdığım "Ebay" auksionunun köməyi ilə qazanmışam".