Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 11:24
Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.
Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndirildi.
Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.