Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məni şillələyin'' - Saymon Levaev azərbaycanlı blogerin FOTOsunu paylaşıb bu sözləri yazdı

''Məni şillələyin'' - Saymon Levaev azərbaycanlı blogerin FOTOsunu paylaşıb bu sözləri yazdı

Tarix: 22 Fevral 2022 20:20

"Tinder fırıldaqçısı" kimi məşhurlaşan Saymon Levaev (əsl adı Şimon Yequda Hayut) instaqram paylaşımı ilə sosial şəbəkədə müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "moouradi" adı ilə tanınan azərbaycanlı bloger Nigar Muradovanın fotosunu paylaşıb. "Simon.levieev" adlı səhifədə hekayə bölümündə yerləşdirilən fotoya "Bakıdakı isti qarşılanmaya görə təşəkkür edirəm, mənim əziz dostum. Hər şeyə görə çox sağ ol" sözləri yazılıb. 

N.Muradova sözügedən paylaşımı yayımlayaraq "Məni şillələyin" sözlərini vurğulayıb.

Qeyd edək ki, sözügedən səhifənin saxta və ya gerçək olduğu bilinmir. Hazırda səhifədə 105 min izləyici var. 

Xatırladaq ki, Şimon özünü məşhur milyarder Saymon Lvaev kimi təqdim edərək qadınlardan pul alıb.

Milli.Az


Etiketlər:  Məni şillələyin Saymon Levaev azərbaycanlı blogerin FOTOsunu paylaşıb sözləri yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ