Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 08:16
ATƏT-in Ukrayna üzrə Xüsusi Müşahidə Missiyası fevralın 22-də Donbasda separatçılarla Ukrayna ordusu arasında 1710 dəfə atəşkəs rejiminin pozulduğunu açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, missiyanın dərc etdiyi hesabatda Donetsk vilayətində fevralın 22-də 345-i partlayış olmaqla 528 atəşkəs pozuntusu olduğu, ötən gün isə bölgədə 703 pozuntunun olduğu bildirilib.
Bu, daha çox Donetskin Horlivka və Şirokine bölgələrində baş verib.
Luqansk vilayətində 1182 qanun pozuntusu, o cümlədən 1075 partlayış baş verib, pozuntuların əksəriyyəti Kadiyivka, Stanitsya Luqanska və Zolote rayonlarında qeydə alınıb.