Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 16:14
"Bayraktar" TB2 müvəqqəti işğal altında olan Krım yarımadasından Ukraynanın digər ərazisinə keçmək istəyən Rusiyanın hərbi karvanını vuraraq sıradan çıxarıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hərbi "Clash Report" nəşri məlumat yayaraq görüntüləri təqdim edib.
Qeyd edək ki, "Clash Report" nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Bayraktar" TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv görüntülərini yaymaqla məşhurlaşıb.
Xatırladaq ki, daha öncə Ukrayna Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-35 qırıcısını məhv etməsinin videosu yayılmışdı.