Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 16:24
Dövlət Komitəsi paytaxtın Suraxanı rayonu ərazisində azyaşlının zorakılığa məruz qalmasına dair yayılan məlumatlara münasibət bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sonxeber.net-a bildirib ki, Komitə əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan hadisə araşdırılıb:
"Əməkdaşlarımız Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailənin evinə gedib. Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir".