Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat küçədə siqaret çəkənləri SƏRT TƏNQİD etdi: Cəzalandırmaq lazımdır

Deputat küçədə siqaret çəkənləri SƏRT TƏNQİD etdi: Cəzalandırmaq lazımdır

Tarix: 25 Fevral 2022 19:54

Tütün və onun məmulatlarının insan həyatına necə zərərli olması kiçikdən-böyüyə hər kəsə məlumdur. Lakin insan övladı təbiətən qadağalara meyilli olduğu üçün zərərli, təhlükəli hesab olunan vasitələrə marağı böyük olur.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qapalı məkanlarda siqaretin çəkilməsini qadağan etsə də, tək qapalı deyil həmçinin açıq məkanlarda, insanların sıx toplaşdığı ərazilərdə belə siqaretin istifadəsi təəssüf ki, geniş hal alıb.

Bakı sakini Günay Vəliyeva bildirir ki, siqaret çəkənlərə görə, açıq havada rahatlıqla təmiz havanın dadını çıxara bilmirlər:

"Səhərlər təmiz hava qəbul etmək üçün parka düşürük. Amma siqaret çəkən şəxslərə görə, istəyimiz ürəyimizdə qalır. Ümumiyyətlə, siqareti çəkənlərdən deyil, ətrafda olan şəxslər onun təsirinə daha çox məruz qalır. Belə halda biz passiv siqaret çəkmiş oluruq. Halbuki, sağlam ətraf mühitdə yaşamaq hüququmuz var".

Sonxeber.net xəbər verir ki, deputat Musa Quliyev isə bizim.media-ya açıqlamasında qadağan olunmuş yerlərdə siqaret çəkilməsi və buna şərait yaradılması hallarının davam etdiyini təəssüflə qeyd edib: 

"Siqareti maşında çəkənlərə daha sonra çəkib maşından tullayanları çox ciddi şəkildə cəzalandırmaq lazımdır. Yaşayış ərazilərində, insanların sıx toplaşdığı yerlərdə siqaretin istifadəsi yolverilməzdir. Gəzə-gəzə siqaret çəkmək qeyri-etikdir, açıq havada bunun üçün xüsusi ayrılmış yerlərdə istifadə etmək daha doğru hesab edilir".

Həmçinin deputat bu tip xoşagəlməz halların müvafiq qurumlar tərəfindən diqqətə alınması məsələsinin də mühüm olduğunu diqqətə çatdırıb.


Etiketlər:  Deputat küçədə siqaret çəkənləri SƏRT TƏNQİD etdi Cəzalandırmaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ