Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın Ukraynaya hücumu strateji səhvdir''

''Rusiyanın Ukraynaya hücumu strateji səhvdir''

Tarix: 25 Fevral 2022 22:32

"Rusiyanın Ukraynaya hücumu dəhşətli strateji səhvdir".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib. O, dünyanın bu hücuma görə Rusiyanı qınadığını bildirib: "Rusiya bu hücumun ağır siyasi və iqtisadi bədlini ödəyir və ödəyəcək, bu hücuma görə məsuliyyət daşıyacaq. Biz Ukraynanı dəstəkləyirik, bu istiqamətdə bir sıra addımlar atırıq və daha çoxunu etməliyik. Rusiya xalqı bilməlidir ki, bu müharibə onların ölkəsini təhlükəsiz etməyəcək, Rusiya hörmət qazanmayacaq, əksinə təcrid olunur və olunacaq, Rusiya vətəndaşları öz övladlarının gələcəyini düşünməlidir".

NATO Baş katibi deyib ki, hərbi blok müdafiə planını aktivləşdirib.

"Yalnış hesablamalar və anlaşmalar olmamalıdır. Biz hər bir müttəfiqimizi qoruyuruq və NATO ərzisinin hər qarşışını qoruyuruq. Havadan, dənizdən və qurudan mütün qüvvələrimiz hazırlıqlı vəziyyətdədir", - Stoltenberq deyib.


Etiketlər:  Rusiyanın Ukraynaya hücumu strateji səhvdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ