Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevdə ağır döyüşlər gedir: 60 rusiyalı diversant tutuldu

Kiyevdə ağır döyüşlər gedir: 60 rusiyalı diversant tutuldu

Tarix: 26 Fevral 2022 07:28

Kiyevin Troeşina rayonunda 60 diversant ələ keçib.

Bu barədə UNİAN agentliyi Xüsusi Dövlət Rabitə Xidmətinə istinadla məlumat yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya ordusu Kiyevdə Beresteyskaya metro stansiyası ətrafındakı hərbi hissəyə hücuma keçib. Hərbi jurnalistlər B0331 saylı hərbi hissə ətrafında döyüş getdiyini bildirirlər. Şulyavka rayonu və zoopark yaxınlığında pulemyot səsləri gəlir. Ukrayna silahlı qüvvələri müqavimət göstərir.Rusiya ordusu Troeşina rayonunda Elektrik stansiyasına hücum etsə də, Ukrayna ordusu ciddi müqavimət göstərib.

Milli.Az


Etiketlər:  Kiyevdə ağır döyüşlər gedir rusiyalı diversant tutuldu


RƏYLƏR