Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 19:14
Fevralın 26-da Avropada Rusiyanın beynəlxalq banklararası sistemdən ayrılmasına dəstək verməyən ölkə qalmayıb. Bu barədə BBC Litvanın baş naziri İnqrida Şimonitenin sözlərinə istinadən xəbər verir.
"Litvanın baş naziri İnqrida Şimonite bildirib ki, Avropada bu addımla razılaşmayan ölkə qalmayıb".
Daha əvvəl bildirilmişdi ki, Kipr Rusiyanın SWIFT beynəlxalq banklararası sistemindən ayrılması qərarına mane olmayacaq.
Artıq bir neçə gün ərzində Rusiyanın beynəlxalq banklararası sistemindən ayrılması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Moskvaya tətbiq olunacaq sanksiyalar sırasında bu ölkənin SWIFT beynəlxalq maliyyə sistemindən uzaqlaşdırılması da müzakirə olunur, lakin bəzi Qərb ölkələrinin bu məsələyə bir qədər tərəddüdlə yanaşırlar.