Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boyun ağrısı haqqında

Boyun ağrısı haqqında

Tarix: 26 Fevral 2022 20:45

Uşaqları çıxmaq şərtilə dünya əhalisinin 70%-i mütəmadi olaraq, boyun ağrısı ilə qarşılaşır. Bu simptom bəzən qısamüddətli diskomfort şəklində meydana çıxır. Bəzi hallarda isə gündəlik fəaliyyətə mane olan güclü ağrı sindromu müşahidə edilir. Ağrı əksərən onurğanın boyun hissəsində və yaxud ön-yan tərəfdə formalaşır. Pasieyntlər adətən qəfil yaranan sancmanın üzücü ağrı sindromu ilə əvəz olunduğunu qeyd edirlər. Ağrı pulsasiyaedici, sıxıcı, deşici xarakter daşıya bilər. Boyun ağrısı bir sıra hallarda çiyin, kürək və ənsə nahiyəsində yayılır.  Başı hərəkət etdirdikdə xoşagəlməz hissiyyat gücləndiyindən, insan bütün korpusu ilə çevrilməyə məcbur qalır. Əksər hallarda boyun narahat vəziyyətdə (məsələn, kompüter arxasında) uzun müddət işlədikdə ağrıyır. Boyun ağrısı güclü olduqda, o cümlədən başgicəllənmə, qulaqda küy, başın arxa hissəsində keyimə ilə müşayiət edildikdə ixtisaslaşmış tibbi yardım almaq lazımdır.


Etiketlər:  Boyun ağrısı haqqında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ