Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cildinizi qocalmağa qoymayın

Cildinizi qocalmağa qoymayın

Tarix: 27 Fevral 2022 13:45

Yaşlandıqca dəri elastikliyini itirir, nəm və yağ tərkibi azalır. Bu da qırışların yaranmasına səbəb olur. Yaşın artmasına əngəl ola bilməsək də ondan irəli gələn problemləri azaltmaq və aradan qaldırmaq mümkündür.

Sonxeber.net Axşam.az-a istinadən ev şəraitində sadə buxar vannası ilə bu problemdən qurtulmağın yolunu təqdim edir. 

Sizə lazım olanlar:

1 xörək qaşığı rozmarin otu (təzə və ya qurudulmuş)

1 xörək qaşığı çobanyastığı (təzə və ya qurudulmuş)

1 damcı buxur yağı

Ləvazimatları qaynar suya atın və başınızı  qabdan 25-30 sm aralı olmaq şərti ilə buxara doğru əyin. Üzünüzün buxarla təmasını artırmaq üçün dəsmalla başınızın üstünü örtün. 5-10 dəqiqə belə gözləyin. Proses bitdikdən sonra hələ dəriniz nəmliykən müxtəlif maskalar, serum və ya nəmləndirici tətbiq edə bilərsiniz.


Etiketlər:  Cildinizi qocalmağa qoymayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ