Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçayda tələbə dəm qazından zəhərlənərək ölüb

Göyçayda tələbə dəm qazından zəhərlənərək ölüb

Tarix: 27 Fevral 2022 18:46

Göyçay rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Zaqatala rayon sakini, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Soltanov Səxavət Nemət oğlu bu gün Göyçay şəhərində kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Etiketlər:  Göyçayda tələbə dəm qazından zəhərlənərək ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ